Gizlilik Prinsipi

www.mymediks.az internet səhifəsi (mətndə qısa şəkildə “İnternet səhifəsi” və “internet saytı” adı ilə istifadə ediləcək) xidməti təqdim edən “Alliance Assist” şirkəti  (mətndə qısa şəkildə “Mymediks” olaraq istifadə ediləcək) şirkətinə  aiddir.

Mymediks, internet səhifəsi vasitəsilə istifadəçiləri tərəfindən ona elektron formada göndərilmiş fərdi məlumatları, gizlilik prinsipləri  ilə məhdudlaşdırılan məqsəd və  tərkib xaricində qalan şəxslərə təqdim etməyəcək.

Fərdi məlumatlar, şəxsin adı-soyadı, ünvanı, telefon nömrəsi, e-mail ünvanı, tibbi və farmakoloji informasiya kimi istifadəçiyə aid  digər qeydləri də əhatə edir. Bunlar qısa şəkildə “gizli məlumatlar” adlandırılacaq. Mymediks, bu gizlilik prinsipi çərçivəsində  aşağıda göstərilən məhdud hallar istisna olmaqla, fərdi məlumatları hər hansı bir şirkət və ya üçüncü şəxslərə bildirməyəcək. Bu vəziyyətlər;

  1. Səlahiyyətli hüquq orqanlar tərəfindən hazırlanmış və qüvvədə olan qanun, məhkəmə qərarı, əsasnamələr və s. hüquqi normativlərə əməl edilməsi;
  2. Səlahiyyətli inzibati və ya ədliyyə orqanları tərəfindən müəyyənləşdirilmiş qaydalara əsasən aparılan təhqiqat və ya tədqiqatın yerinə yetirilməsi məqsədi ilə istifadəçilərə dair məlumatın tələb edilməsi;
  3. Fərdi məlumatların istifadəçilərin səlahiyyət verdiyi şəxslərin istifadəsinə verilməsi hallarıdır.

 Mymediks, fərdi məlumatları gizli saxlamaq, bir sirr kimi qorumaq məsuliyyətini tamamilə öhdəliyinə götürür. Mymediks’in lazımlı informasiya təhlükəsizlik tədbirlərini görməsinə baxmayaraq, internet səhifəsinə və sistemə edilən elektron hücumlar nəticəsində məxfi məlumatların zərər çəkməsi və ya üçüncü şəxslərin əlinə keçməsi halında, Mymediks’in hər hansı bir cavabdehliyi olmayacaq.

Mymediks, internet səhifəsindəki praktik məqamların müntəzəm şəkildə təkmilləşdirməsi, səhifənin görünüşünün, dizaynının və istifadəsinin yenilənməsi  məqsədilə istifadəçilərin IP ünvanlarını müəyyənləşdirir və ondan istifadə edir.

Mymediks, istifadəçilərə və istifadəçilərin internet səhifədən istifadəyə dair məlumatları, texniki informasiya qovluğunu (Cookie-ni) istifadə etmə hüququna əldə edə bilər.

Texniki ünsiyyət qovluğu, bir internet səhifəsindən neçə adamın istifadə etdiyi, bir şəxsin internet səhifəsinə hansı məqsədlə , neçə dəfə daxil olduğu və saytda nə qədər qaldığı haqqında statistik məlumatları əldə etmək məqsədi ilə istifadə edilə bilər. Skanerlərin bir çoxu, başda texniki ünsiyyət faylını qəbul edəcək şəkildə nəzərdə tutulmuşdur, lakin istifadəçilər istədikdə texniki ünsiyyət qovluğunun (faylının) gəlməməsi və ya texniki ünsiyyət faylı göndərildikdə xəbərdarlıq siqnalının verilməsini təmin edəcək şəkildə, skaner parametrlərini dəyişə bilərlər.

Mymediks internet səhifəsi, kredit kartı ilə ödəmə edildiyi hallarda, əməliyyat aparılan kredit kartına bağlı məlumatlar Mymediks tərəfindən saxlanılmır.

Mymediks , bu "Gizlilik Siyasəti" müddəalarını , istədiyi vaxtda internet səhifəsində xəbər vermək şərti ilə, tək tərəfli olaraq dəyişdirə bilər. Mymediksin dəyişiklik etdiyi "Gizlilik Siyasəti" müddəaları, internet səhifəsində elan edildiyi tarixdə qüvvəyə minir.